Banner

Qaz sayğacları ödənişsiz quraşdırılacaq - VİDEO

Xəbərlər 19 İyul 2021 21:58 Oxunub 2580
Qaz sayğacları ödənişsiz quraşdırılacaq  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bir ədədi yetmiş-doxsan manat olan qaz sayğaclarının vətəndaşlara daha baha qiymətə satılması təbii ki, çoxlarının narazılığına səbəb olur. Bütün bunlar nəzərə alınaraq artıq “Azəriqaz” İB tərəfindən çoxmərtəbəli yaşayış binalarında qaz sayğacları əvəzsiz təmin olunacaq. 

Artıq qazdan istifadə qaydalarına edilən dəyişikliyə əsasən mənzil-tikinti kooperativləri tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binalarında məişət qurğularının istifadəsi üçün sayğac qaz paylayıcısının hesabına quraşdırılır və dəyişdirilir.

İstismar müddəti başa çatan, həmçinin texniki nasazlıq yaranan sayğacların təmin edilməsi də vətəndaşın müraciəti əsasında heç bir ödəniş edilmədən həyata keçirilir.
Daha ətraflı Baku TV-nin süjetində:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh