Banner

Qazaxıstanda güclü şaxta və çovğun insanları yollarda qoyub - VİDEO

Xəbərlər 14 Dekabr 2023 14:44 Oxunub 888
Qazaxıstanda güclü şaxta və çovğun insanları yollarda qoyub - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qazaxıstan son illərin ən sərt hava şəraiti ilə üz-üzə qalıb.

Xüsusilə, Qazaxıstanın Türküstan əyalətində qar və şiddətli külək həyatı iflic edib, insanlar yollarda qalıblar, avtomobillər hərəkət edə bilməyib.

Əyalətin fövqəladə hallar xidmətinin əməkdaşları insanlara yardım etmək üçün magistral yollara cəlb olunublar.

Son məlumata görə, Türküstan əyalətinin 12 rayonu ilə əlaqə tamamilə kəsilib.

oxu.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh