“QAZ”ın yük avtomobili yolsuzluq maşınına çevrildi - VİDEO
Xəbərlər
14 İyul 2021 11:51
Oxunub 1404

“QAZ” avtomobil zavodunu son modeli olan “Sadko Next” adlı tam ötürücülü yük maşınında kiçik ölçülü bir modifikasiya edərək onu yolsuzluq avtomobilinə çevirib. Burada əsas yenilik yük maşınının aşağı təzyiqli təkərlərlə təchiz olunmasıdır.
Avtosfer.az bildirir ki, bundan əlavə yük maşınında kabin və yan platforma qaldırılıb və təkərlərin üzərinə isə geniş palçıq çətirləri quraşdırılıb. Avtomobilin kənd təsərrüfatı üçün vacib olan xüsusiyyəti isə onun özündən sonra torpaqda çuxurlar yaratmamısıdır. “Sadko Next” avtomobili bataqlıqlarda, qarda, qum və gildə asanlıqla hərəkət edə bilir.
Aysel
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













