Banner

Qəbələdə qanunsuz olaraq saxladıqları silahları polisə təhvil verdilər - FOTO

Xəbərlər 9 Yanvar 2025 12:43 Oxunub 132
Qəbələdə qanunsuz olaraq saxladıqları silahları polisə təhvil verdilər - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Polis əməkdaşlarının vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi məqsədilə həyata keçirdiyi profilaktik tədbirlər davam etdirilir.

Avtosfer.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri tədbirlərlə rayon sakinləri qanunsuz olaraq saxladıqları 3 ədəd ov tüfəngini, "Kalaşnikov" markalı avtomatı və patronları könüllü olaraq polisə təhvil veriblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh