Qəbələdə çay iki kəndin yolunu dağıdıb - sakinlər ərazidə körpü salınmasını istəyirlər - VİDEO
Xəbərlər 14 May 2021 00:12 Oxunub 508
Qəbələdə çay iki kəndin yolunu dağıdıb - sakinlər ərazidə körpü salınmasını istəyirlər  - VİDEO

Qəbələ rayonunun mərkəzindən 35 km məsafədə yerləşən Solqıca və Dandıx kəndlərinin sakinləri yolsuzluq problemi yaşayır.

Xezerxeber.az-ın məlumatına görə, sözügedən kəndlərdə 200-ə  yaxın ailə yaşayır.

Türyançayın bir qolu olan Qaraçay çayının tez-tez məcrasını dəyişməsi insanların bir tərəfdən digər tərəfə keçməsinə mane olur.

Yol rayon mərkəzi ilə birləşən tək yol olduğundan insanlar çıxılmaz vəziyyətə düşüblər.

Kənd sakinləri bu ərazidə körpü salınaraq yol çəkilməsinin tərəfdarıdır. Hazırda onlar rayon mərkəzinə 20- 25  manat pul xərcləyib xüsusi maşınlarla getmək məcburiyyətindədirlər.

Vəziyyətlə əlaqədar kənd icra nümayəndəsi İldrım Əhmədov bildirib ki, su artdıqda cayın yatağı tez tez dəyişir: "Bu da yolun keçilməsində çətinliklər yaradır. İndi çayda su çoxdur. Bir-iki gündən sonra texnikaların köməyi ilə suyu əsas yatağına salmağa çalışacağıq".

Çayın üzərində körpünün qurulmasına gəlincə, İldrım Əhmədov deyib ki, kənd camaatının bu barədə məktubu aidiyyəti orqanlara göndərilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh