Qəbələdə çətənə kolu yetişdirən şəxs saxlanıldı - FOTO - VİDEO

Xəbərlər 24 İyul 2024 09:12 Oxunub 146
Qəbələdə çətənə kolu yetişdirən şəxs saxlanıldı - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 45 yaşlı Nadir Ağayev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, onun yaşadığı ünvana baxış keçirilərkən kultivasiya edilərək yetişdirilən 18 ədəd çətənə kolu aşkar edilib. N.Ağayev narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərdiyini bildirib.
Məhkəmənin qərarı ilə N.Ağayev barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh