Qəbiristanlıq kül oldu - Şəhidin məzarı və türk bayrağı YANMADI - VİDEO
Xəbərlər 30 İyul 2021 16:35 Oxunub 296
Qəbiristanlıq kül oldu - Şəhidin məzarı və türk bayrağı YANMADI   - VİDEO

Ötən gündən bəri Türkiyəni cənginə bürüyən meşə yanğınlarının söndürülmə işləri davam etdirilir.  

Qardaş ölkədən gələn görüntülər hər kəsin ürəyini  dağlayıb.  Belə  ki,  meşədə yerləşən qəbiristanlıq yanğın nəticəsində  yararsız hala düşüb. Lakin hər  kəsin diqqətini  çəkan məqam isə həmin qəbiristanlıqda yerləşən şəhid məzarının yanmamasıdır. 

2018-ci ilin oktyabrın 27-də donaraq şəhid olan Mersinli əsgər Fərrux Dikmənin məzarı və baş ucundakı türk bayrağı şiddətli yanğına baxmayaraq, yanmayıb. Bununla bağlı sosial şəbəkələrdə  video yayılıb. İnsanlar qəbiristanlığın tamamilə kül olduğunu, yalnız şəhid məzarının  yanmamasını dilə gətiriblər.  

Unikal.org

ŞƏRH YAZ
Ad

E-mail

Şərh