Banner

Qəddafinin təyyarəsi İstanbuldan havaya qalxdı

Xəbərlər 21 İyun 2021 09:17 Oxunub 2436
Qəddafinin təyyarəsi İstanbuldan havaya qalxdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin istifadə etdiyi “Airbus A340-200” təyyarəsi onun ölümündən sonra Fransaya göndərilib.

“Haber Global”ın məlumatına görə, burada “rəsmi” nəqliyyat vasitəsi adi sərnişin təyyarəsinə çevrilib və 2013-cü ildən müntəzəm aviadaşımalarda istifadə olunması üçün Liviyaya qaytarılıb.

Lakin qısa müddət sonra “Airbus” yenidən Fransaya yollanaraq buradakı “Perpignan” hava limanında saxlanılıb.

İyunun 5-də Liviya təyyarəsi texniki baxış məqsədilə İstanbulun Atatürk aeroportuna gətirilib. İki həftəlik yoxlanışdan sonra bu gün axşam saatlarında nəqliyat vasitəsi Tripoliya uçuç üçün havaya qalxıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh