Banner

Qırmızı DƏNİZƏ GƏMİLƏR göndəriləcək

Xəbərlər 9 Mart 2024 01:25
Qırmızı DƏNİZƏ GƏMİLƏR göndəriləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Niderland Qırmızı dənizdə naviqasiya təhlükəsizliyini təmin etmək üçün missiyaya qoşulacaq və ora freqat göndərəcək.

Bu barədə Niderland Müdafiə Nazirliyinin saytında məlumat verilir.

Söhbət Niderland Hərbi Dəniz Qüvvələrinin “Zr. Ms. Tromp” freqatından gedir.

Qeyd olunub ki, hava hücumundan müdafiə freqatı gəmilərin dənizdə təhlükəsizliyini və sərbəst keçidini təmin etməyə kömək etməlidir.

Niderland həmçinin Qırmızı dənizə çoxfunksiyalı dəstək gəmisi “Zr. Ms. Karel Doorman”ı da göndərməyi düşünür.

Daha əvvəl məlum olub ki, Husi üsyançılarının Qırmızı dənizdə gəmiləri atəşə tutması səbəbindən Süveyş kanalının gəlirləri 2022-2023-cü maliyyə ilində rekord göstərici olan 9,4 milyard dollarla müqayisədə 55% azalıb. (“Report”)

Oxunub 688
ŞƏRH YAZ
Ad

E-mail

Şərh