Qlobal istiləşmə kənd təsərrüfatına necə təsir edir? – MÜTƏXƏSSİSLƏR AÇIQLADI

Artıq uzun müddətdir dünyada gedən müharibələr, müxtəlif kimyəvi və bioloji silahların təcrübədən keçirilməsi, eynilə torpağın şirkətlər və dövlətlər tərəfindən çirkləndirilməsi qlobal iqlim dəyişikliklərinin əsas səbəbləri hesab edilir.
Bəs qlobal istiləşmə və iqlim dəyişikliyinin kənd təsərrüfatı sektoruna olan təsirləri nə kimi problemlər yaradır və bu problemlərlə mübarizə aparmaq üçün hansı tədbirlərin görülməsi vacibdir? Kənd təsərrüfatında məhsuldarlığın azalması, su çatışmazlığı və torpaqların səhralaşması kimi halların qarşısını almaq üçün hansı strateji yanaşmalar tətbiq edilməlidir?
Ekoloq Ənvər Əliyev qlobal istiləşmə və iqlim dəyişikliyi məsələlərinə dair Avtosfer.az-a açıqlamasında deyib ki, baş verənlər tarixin dövrilik qanunu ilə əlaqəldir. O, qeyd edib ki, 20-ci illərdə Azərbaycanda da iqlim dəyişikliyi müşahidə olunub:
“50 il əvvəl Sumqayıt və Bakıda yağıntılar çox az idi, amma hazırda bu şəhərlərdə yaşıl sahələr artıb. Əliyev, həmçinin Azərbaycandakı çayların və su hövzələrinin dolu olduğunu, lakin iqlim dəyişikliklərinin dövrülük qaydası ilə əlaqəli olduğunu vurğulayıb. Quraqlıq və yağıntılı dövr arasında bir dəyişiklik ola bilər. 1970-ci illərdəki qar və yağışlar yenidən baş verə bilər”.
Ekspert əlavə edib ki, son illərdəki quraqlıqlar Azərbaycanın kənd təsərrüfatına ciddi ziyan vurub və məhsullar, xüsusən də bağlar su çatışmazlığı səbəbindən quruyub:

“Kənd təsərrüfatı strukturunun hələ də düzgün qurulmadığını və suvarma sistemlərinin yenilənməsi lazım olduğunu bildirib. Yarımsəhra zonasında suvarma sistemləri müasir texnologiyalarla təkmilləşdirilməlidir. Dövlət subsidiyalar ayırmalı və bu ərazilərdə suvarma ən müasir texnologiyalarla aparılmalıdır. Kür-Araz ovalığı da böyük problemlərlə üzləşdiyib və Mingəçevir suvarma sisteminin artıq yararsız vəziyyətdədir”.
Ekoloq həmçinin əlavə edib ki, mövcud texnologiyalarla daha çox məhsul əldə etmək və suvarma sahələrini effektiv idarə etmək mümkündür. Müasir texnologiyalarla suyun idarə olunmasının kənd təsərrüfatında böyük əhəmiyyət daşıdığını bildirib.
Kənd təsərrüfatı eksperti Cəfər İbrahimli isə kənd təsərrüfatındakı dəyişikliklərin istehsalın və istehsal gücünün qorunmasına dəstək olduğunu bildirib:

“Qlobal istiləşmə toxumların və bitki növlərinin dəyişdirilməsi ilə əlaqəlidir. İstiliyə davamlı toxumların yetişdirilməsinin vacibdir. Eyni zamanda, su qaynaqlarının azaldığını və bu məsələnin səmərəli idarə olunması mütləqdir”.
Cəfər İbrahimli torpağın məhsuldarlığının artırılması üçün elmi əsaslarla torpaqlara üzvi və qeyri-üzvi gübrələrin tətbiq edilməsinin vacib olduğunu söyləyib və müasir dikey təsərrüfat üsullarının tətbiqi ilə də davamlı istehsalın təmin edilə biləcəyini vurğulayıb.
Eltac Zülfüqaroğlu
Məcəlləyə dəyişiklik edildi - Bu qayda pozuntusuna görə 500 manat cərimə
Sabah görünüş məsafəsi məhdudlaşacaq
Niyaməddin Musayevin qızı polkovnik imiş, uzun müddət RƏİS İŞLƏYİB
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA
Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI
Dörd ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı - FOTO
“İnanın mənə, bu, xoş hissdir” - Prezident sülhdən danışdı
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı











