“Qobu Park” yaşayış massivinin girişindəki dayanacaq dağıdılıb - VİDEO - YENİLƏNİB

“Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park” yaşayış massivinin girişində quraşdırılan dayanacaq güclü külək səbəbindən dağılıb”.
Bu məlumat oxu.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mətbuat Xidmətindən verilib.
Məlumatda qeyd olunub ki, 4 aprel tarixində baş verən güclü külək səbəbindən paytaxtın bir neçə ərazisində dayanacaq pavilyonları zərər görüb:
“AYNA-nın əməkdaşları tərəfindən dayanacaq məntəqələrinə baxış keçirilərək, zədələnmiş konstruksiyalar bərpa edilib, yararsız elementlər ərazidən götürülüb. Pavilyonların bərpası istiqamətində təxirəsalınmaz işlər görülür. Sözügedən ünvanda dayanacaq pavilyonu yaxın zamanda bərpa ediləcək”.
10:56
“Qobu Park” yaşayış massivinin girişindəki dayanacaq yol-nəqliyyat hadisəsi nəticəsində dağılmayıb”.
Bunu oxu.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İnspektoru Elvin Hacıyev deyib.
O, qeyd edib ki, hadisə baş verən əraziyə DYP əməkdaşları baxış keçiriblər:
“Ərazidə yol-nəqliyyat hadisəsi qeydə alınmayıb və yol hərəkət iştirakçılarına heç bir zərər dəyməyib”.
***
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park” yaşayış massivinin girişində quraşdırılan dayanacaq dağılıb.
Bu barədə oxu.az-a sakinlər xəbər veriblər.
Qeyd olunub ki, dayanacağın hansı səbəbdən dağılması və ya dağıdılması məlum deyil.
Videonu təqdim edirik:
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB











