Qobustanda “KamAZ” markalı yük avtomobili ilə torpaq daşınması faktı aşkarlanıb - VİDEO
Xəbərlər
28 Dekabr 2023 12:03
Oxunub 538

Qobustanda yerin təkindən qanunsuz istifadə edən şəxs məsuliyyətə cəlb olunub
Qobustan Rayon Polis Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən rayon ərazisində yerin təkindən istifadə qaydalarının pozulmasının qarşısının alınması istiqamətində tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilən monitorinq zamanı rayonun Ərəbqədim kəndi ərazisində qanunsuz olaraq “KamAZ” markalı yük avtomobili ilə torpaq daşınması faktı aşkarlanıb. Faktla bağlı avtonəqliyyat vasitəsinin sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq məsuliyyətə cəlb edilib.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














