Banner

Qubad İbadoğluna əlavə ittiham verildi

Xəbərlər 25 Avqust 2023 22:49 Oxunub 916
Qubad İbadoğluna əlavə ittiham verildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) həbsdə olan sədri Qubad İbadoğluna əlavə ittiham verilib.

“Qafqazinfo”nun məlumatına görə, ona qarşı Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Məlumatı Q.İbadoğlunun vəkili Zibeydə Sadıqova təsdiq edib. İş üzrə ibtidai istintaq davam edir.

Qeyd edək ki, Qubad İbadoğlu ötən ay həbs edilib. O, ilk olaraq Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh