Banner

Qubada ailə faciəsi: Ana qızını xilas etmək istədi, amma öz həyatını itirdi - VİDEO

Xəbərlər 14 İyul 2021 23:52 Oxunub 1788
Qubada ailə faciəsi:  Ana qızını xilas etmək istədi, amma öz həyatını itirdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qubanın vəlvələ kəndində bədbəxt hadisə baş verib. Ana kanala düşən  qızının  xilas etmək istəyib. Azyaşlı xilas olsa da ana boğularaq ölüb.

Ana su kanalına düşən uşağını xilas etmək istəyərkən boğularaq ölüb.

Ölümlə nəticələnən bədbəxt hadisə Qubada baş verib.

Rayonun Vəlvələ kənd  sakini 34 yaşlı Diləfruz Mustafayeva övladı 13 yaşlı Lamiyə Mustafayevanın  Samur-Abşeron su kanalına düşdüyünü görüb.Ana övladını xilas etmək üçün suya atılıb.

Qadının kanalda olduğunu görən əri  Asəf Mustafayev də özünü kanala atıb..Uşaq sudan çıxarılsada anasını xilas etmək mümkün olmayıb.

Diləfruz Mustafayevanın meyiti hadisənin olduğu yerdən bir neçə kilometr uzaqdan çıxarılıb.Lamiyə Mustafayeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə  Qusar Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib, vəziyyəti orta-ağırdır. Qeyd edək ki, uşağın atası Asəf Mustafayevin Samur-Abşeron Kanalında  gözətçi işlədiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh