Banner

Qubada avtomat satmaq istəyən şəxsdə narkotik aşkarlandı - VİDEO

Xəbərlər 2 Fevral 2024 10:18 Oxunub 644
Qubada avtomat satmaq istəyən şəxsdə narkotik aşkarlandı   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qubada avtomat satmaq istəyən şəxsdən narkotik aşkarlanıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayonunda qeydiyyatda olmaqla Bakı şəhərində yaşayan, əvvəllər məhkum olunmuş Rasim Hüseynov saxlanılıb.

Həmin şəxsin üzərindən satmaq məqsədilə gətirdiyi 1 ədəd “Kalaşnikov” markalı avtomat aşkar edilərək götürülüb.

Bundan başqa həmin şəxsin üzərindən narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Rasim Hüseynovun barəsində həbs qətimkan tədbiri seçilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh