Qubada qum-çınqıl daşıyanlar CƏRİMƏLƏNDİ - FOTO
Xəbərlər
3 Oktyabr 2024 10:13
Oxunub 172
Yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının qarşısının alınması istiqamətində nəzarət tədbirləri daha da gücləndirilib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a bildirilib ki, Quba Rayon Polis Şöbəsinin, eləcə də ETSN-ın 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları bu istiqamətdə rayonun Vəlvələ kəndində birgə tədbir keçiriblər. Qanun pozuntusuna yol verən şəxslərlə profilaktik söhbətlər aparılıb, barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilib.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR