Qubada sel körpünü uçurdu - FOTO - YENİLƏNİB

Xəbərlər 29 İyul 2024 12:15 Oxunub 150
Qubada sel körpünü uçurdu   - FOTO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İntensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları Quba-Xınalıq avtomobil yolunun 42-ci kilometrində Əlikçayın üzərində yerləşən və 20 ildən çox tarixə malik avtomobil körpüsünün uçmasına səbəb olub.

Bu barədə Avtosfer.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. 

Nəticədə Xınalıq, Bostankeş, Haput, Cek, Əlik, Qəley-Xudat kəndlərinin rayon mərkəzi ilə əlaqəsi tam kəsilib.

Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub, ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb.

Hazırda təbii fəlakət nəticəsində dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.

Sürücülər Alpan-Susay-Xınalıq yolundan alternativ olaraq istifadə edə bilərlər.

***

Quba-Xınalıq yolunun 42-ci km-də yerləşən Əlikçayın üzərindəki körpü uçub. 

Avtosfer.az xəbər verir ki, nəticədə Xınalıq, Bostankeş, Haput, Cek, Əlik, Qəley-Xudat kəndlərinin rayon mərkəzi ilə əlaqəsi tam kəsilib.

Körpünün uçmasına səbəb kimi güclü leysan yağışlarının gətirdiyi sel göstərilir.

(unikal)

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh