Qubadlı Suvarma Sistemləri İdarəsinin rəhbərliyinə təyinat olub

Xəbərlər 17 Noyabr 2020 15:55 Oxunub 848
Qubadlı Suvarma Sistemləri İdarəsinin rəhbərliyinə təyinat olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Qubadlı Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsinə təyinat olub.

Avtosfer.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu vəzifə Mədət Bayramova həvalə edilib.

O, əvvəllər də sözügedən idarəyə rəhbərlik edib. 2018-ci ildə isə idarə ləğv olunub və bu il noyabrın 14-də yenidən təsis edilib.

Qubadlı Suvarma Sistemləri İdarəsinin balansında 5 200 hektar suvarılan sahə, 998 km uzunluğundan suvarma kanalları, 7 nasos stansiyası, 129 suvarma qurğusu və 1 hidroqovşaq (Həkərəçay HQ) var.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh