Qubadlıda narkotik tərkibli bitkilər aşkar edilib - FOTO - VİDEO
Xəbərlər
26 İyul 2021 11:24
Oxunub 2126

Qubadlı Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının birgə keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, tədbir zamanı rayonun Qədili kəndi ərazisində çəkisi 5 tondan artıq olan 7982 ədəd çətənə kolunun kökündən çıxarılaraq yandırılması təmin edilib.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR
















