Qubanın Ağçayı dondu, hərəkət çətinləşdi - VİDEO

Son günlər havaların həddən artıq şaxtalı keçməsi Qubanın mənbəyini İsmayıllı rayonu ilə sərhəddən-dağlardan alan Ağçayın donmasına səbəb olub.
Bu barədə Bizim.Media-ya Qubanın rayon mərkəzindən 42 km aralıda yerləşən Haputlu kənd sakini Şərəf Hüseynov məlumat verib. Onun sözlərinə görə, kəndə gələn yol Ağçaydan keçdiyindən buzlaşma olanda nəqliyyatın hərəkəti çətinləşir.
Quba İH başçısının Əlik İƏD üzrə nümayəndəsi Mübariz Ağasiyev faktı təsdiqləyərək məlumat verib ki, qış aylarında şaxta çox olanda Ağçay adətən donur:
"Bu, təbii haldır. Bizim Haputlu kəndində DOST xidməti xətti ilə işə götürülmüş iki işçimiz var. Onların və yerli sakinlərin köməyi ilə çayda buzlar qırılaraq avtomaşınların hərəkəti üçün yol açılır".
Mübariz Ağasiyev Haputlu kəndi ərazisində bu günlərdə 15 dərəcədən artıq şaxta olduğunu da diqqətə çatdırıb.
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI
Bakının bir küçəsi bu gündən tam bağlanır - SƏBƏB - FOTO
Xırdalanda açılacaq tunel bu vaxtdan istifadəyə veriləcək – Rəsmi AÇIQLAMA
Prezident onu nazir müavini vəzifəsindən AZAD ETDİ
Ağlasığmaz fırıldaqları ilə məşhurlaşan “polkovnik”in taleyi necə oldu? - FOTOLAR
Bakının mərkəzi küçəsində sürücüləri çaşdıran yol nişanı ilə bağlı TƏDBİR GÖRÜLDÜ - FOTO
Hikmət Hacıyevin də adından yayılan video saxtadır - RƏSMİ











