Banner

Qudyalçay üzərində uçan körpüyə alternativ yol çəkildi - VİDEO - FOTO

Xəbərlər 24 Oktyabr 2023 17:00
Qudyalçay üzərində uçan körpüyə alternativ yol çəkildi  - VİDEO - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu ilin avqustunda güclü sel sularının uçurduğu Qudyalçay üzərindəki körpünün yerində yenisinin inşası davam edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Avtosfer.az-a verilən məlumata görə, körpü inşa edilənədək vətəndaşların rahat hərəkətini təmin etmək üçün ərazidə yeni alternativ yol çəkilib.

Bildirilib ki, 200 metr uzunluğa malik sözügedən müvəqqəti yol körpüdən təxminən 50 metr qərb istiqamətdə inşa olunub.  

Xatırladaq ki, sürücülər müvəqqəti alternativ yol kimi Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisindən keçən yoldan da istifadə edə bilərlər. Sözügedən yol boyunca hərəkətlə əlaqədar əlavə təhlükəsizlik tədbirləri görülüb. Alternativ yolun Xaçmaz və Xudat istiqamətdən girişinə məlumatlandırıcı nişanlar quraşdırılıb.

 

 





Oxunub 720
ŞƏRH YAZ
Ad

E-mail

Şərh