“Qurd dərəsi”nin quş damına bənzəyən dayanacaqları... - ŞİKAYƏT - FOTO

Sumqayıtın “Qurd dərəsi” yaşayış massivinin sakinləri ictimai nəqliyyatın fəaliyyətindən və yol infrastrukturunun vəziyyətindən narazıdırlar.
Avtosfer.az xəbər verir ki, bu barədə onlar Bakupost.az -a şikayət ediblər.
Sakinlərin sözlərinə görə, hazırda yaşayış massivində 10 mindən artıq insan məskunlaşıb, lakin aidiyyatı qurumlar tərəfindən qəsəbəyə normal yol çəkilməyib, avtobuslar köhnədir, dayanacaqlar isə quraşdırılmayıb.
Şikayətçilər həmçinin redaksiyamıza bərbad vəziyyətdə olan dayanacaqların fotolarını da təqdim ediblər.
“Bu şəkillər yaşayış massivində əsas problemin – yol-nəqliyyat infrastrukturunun olmamasının bariz göstəricisidir. Bəlkə də bunlar dərc olunsa, “Qurd dərəsi”ndəki problemlər diqqət çəkər”, -sakinlərin şikayətində bildirilir.
Qeyd edilir ki, sözügedən müvəqqəti dayancaqlar avtobus gözləyərkən günəşdən və yağışdan qorunmaq üçün sakinlərin öz vəsaiti hesabına inşa olunub:
“Rəsmi olmasa da, onların hətta adları da var: 1-ci, 2-ci, 3-cü, 2–3 arası, 5-ci, 6-cı və s. Bunlar modern, smart və kreativ dayanacaqlar kimi olmasa da, işə yarayır".
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, hazırda həmin ərazidə AYNA-nın mütəxəssisləri tərəfindən təhlillər aparılır:
“Təhlillər yekunlaşdıqdan sonra prosedur qaydalarına uyğun olaraq dayanacaqların quraşdırılmasına başlanılacaq. Eyni zamanda, dayanacaq problemi olan ərazilərin sakinləri AYNA-ya müraciət edə bilərlər. Təhlillər aparıldıqdan sonra səki eni və sərnişin tələbatı nəzərə alınaraq ərazilərdə dayanacaq pavilyonlarının quraşdırılmasına başlanılacaq.
AYNA tərəfindən marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Həmçinin qeyd edilən ərazini əlaqələndirən marşrutların müsabiqəyə çıxarılaraq yenilənməsi nəzərdə tutulub”.






Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










