Banner

Rafael İsgəndərovdan Qurbanovla bağlı səhnəciyə - Münasibət - VİDEO

Xəbərlər 17 Noyabr 2025 16:48 Oxunub 262
Rafael İsgəndərovdan Qurbanovla bağlı səhnəciyə - Münasibət  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Bu Şəhərdə” kollektivinin 15 noyabrda Heydər Əliyev Sarayında təqdim etdiyi “Ev Dar” konsertində Qurban Qurbanovla bağlı səhnəcik sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Tamaşaçıların bir qismi epizodu satira kimi dəyərləndirsə də, digərləri məşqçi obrazının bu formada təqdim olunmasını məqsədəuyğun hesab etməyib.

Mövzuyla bağlı “Qafqazinfo”ya danışan kollektivin üzvü, Əməkdar artist Rafael İsgəndərov yayılan tənqidlərə münasibət bildirib.

O qeyd edib ki, səhnəcikdə Qurban Qurbanovun şəxsiyyəti təhqir edilməyib:

“Orada Qurban Qurbanovun şəxsiyyəti təhqir olunmayıb. Nə gəldi elə yazırlar, nə yazırlarsa da özlərinə getsin. Orada Azərbaycan futbolundan danışılıb, Qurban Qurbanovun şəxsiyyəti ilə bağlı heç nə yoxdur. Saytlar bir şəkil qoyub camaatı qızışdırmaq üçün başlıq yazırlar. Bizim Qurban Qurbanovla yaxşı münasibətlərimiz var. Onunla bağlı heç bir təhqiredici səhnə yoxdur”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh