Ramanada yolları su basdı: Sakinlər nazik cığırın ümidinə qalıblar - VİDEO
Xəbərlər
31 Yanvar 2024 00:14
Oxunub 1082

Bakının Sabunçu rayonunun Ramana qəsəbəsinin daxili yollarını su basıb.
Bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.
Ramana sakini bildirir ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etmələrinə baxmayaraq, problemi həll edən yoxdur.
“Yolu o dərəcədə su basıb ki, evə getmək üçün nazik cığırın ümidinə qalmışıq”, - deyə sakin bildirib.
Məsələ ilə bağlı “Azərsu” ASC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Anar Cəbrayıllı bildirib ki, təmsil etdiyi qurumun Ramanada infrastrukturu yoxdur, yəni onların məsuliyyətində deyil.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli məsələnin təmsil etdiyi quruma aidiyyətinin olmadığını qeyd edib.
(oxu.az)
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













