“Rəhbərlik telefona icazə vermirdi deyə cavabıma gec baxdım” - VİDEO

Tələbə adını qazandığını ofisiant işlədiyi toyda “Vağzalı”dan sonra öyrənən Kərəmcan Kərimli sosial şəbəkə izləyicilərinin marağına səbəb olub.
Avtosfer.az xəbər verir ki, bu barədə o, “Xəzər Xəbər”ə danışıb.
“Telefon işlətmək icazəsi yox idi deyə, çəkiliş zamanı onu aşağıda tuturdum ki, rəhbər şəxslər, administrator görməsin. İş bitəndən sonra şifrəmi bacımdan istədim və nəticələrə elə baxa bildim. Əvvəl bacım da baxmışdı və demişdi ki, Qarabağ Universiteti, “Hüquq” fakültəsinə qəbul olmusan. Həqiqətən “Hüquq”u çox arzulayırdım və nəticə gözlədiyim kimi də oldu. Bu, bir anın içində baş verən proses deyil, uzun müddət planlı, disiplinli şəkildə çalışmağın bəhrəsidir.
2025-ci ildə bizim məktəbimiz – Təbiət elmləri tam ali gimnaziya respublika birincisi olmuşdu və bu mənim həyatımda ən önəmli anlardan biri idi. Məktəbi bitirəndən sonra fərqlənmə nişanı ilə mükafatlandırılmışam və “Qızıl attestat”la təltif olunmuşam”, - deyə Kərəmcan bildirib.
Kərəmcanın anası qeyd edib ki, oğlu çox əziyyət çəkib: “Çox həyəcanlı və sevincliyəm. Çünki 11 il ərzində oğlumun təhsilinə görə daim onun yanında olmuşam. Onun fikirlərinə həmişə hörmətlə yanaşmışam, dəstəkləmişəm. Oxumağı üçün əlimdən gələni etməyə çalışmışam ki, onun bu gününü görüm”.
Ətraflı videomaterialda:
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










