Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə yeni səlahiyyət verilir

Universal poçt rabitəsi xidmətlərinin tarifləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təsdiq ediləcək.
Avtosfer.az xəbər verir ki, bu, Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan “Poçt haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yalnız universal poçt rabitəsi xidmətlərinin tariflərinə dair təkliflər verə bilərdi.
Qeyd edək ki, rəqəmsal inkişaf və nəqliyyat sahəsində tariflərin və xidmət haqlarının tənzimlənməsinin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2023-cü il tarixli fərmanına əsasən rəqəmsal inkişaf (o cümlədən poçt) və nəqliyyat sahəsində tariflərin və xidmət haqlarının Azərbaycan Respublikasının İqtisadiyyat və Maliyyə nazirliklərinin rəyi nəzərə alınmaqla, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təsdiq edilməsi təsbit edilib.
Təklif edilən qanun layihəsi həmin fərmana uyğun olaraq universal poçt rabitəsi xidmətlərinin tariflərinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təsdiq edilməsi məqsədilə hazırlanıb.
Layihə səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub.
Niyaməddin Musayevin qızı polkovnik imiş, uzun müddət RƏİS İŞLƏYİB
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA
Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI
Dörd ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı - FOTO
“İnanın mənə, bu, xoş hissdir” - Prezident sülhdən danışdı
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO











