![“Hyundai” dərəyə düşdü: 3 nəfər ölüb - FOTO](/upload/news/small/75098.jpg)
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin gəlirləri və xərcləri azalıb
![Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin gəlirləri və xərcləri azalıb](/upload/news/2841121.jpg)
2023-cü ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) gəlirləri 107,518 milyon manat, xərcləri isə 107,335 milyon manat olub..
Avtosfer.az nazirliyə istinadən xəbər verir ki, bunlar, 2022-ci illə müqayisədə müvafiq olaraq 3,5 % və 3,7 % azdır.
Ötən il RİNN-nin gəlirlərinin 86,6 %-i və yaxud 93,095 milyon manatı (əvvəlki ilə nisbətən 7,3 % az) qeyri-birja, 13,4 %-i və yaxud 14,423 milyon manatı (31,8 % çox) isə birja əməliyyatları hesabına formalaşıb.
Hesabat dövründə qurumun əməkhaqqı xərcləri və dövlət sosial sığorta ayırmaları illik müqayisədə 7,5 % artaraq 5,485 milyon manat, maliyyə yardımları və sair transfertləri 4,3 % azalaraq 100,905 milyon manat, sərf etdiyi materialların dəyəri 30 % artaraq 78 min manat, amortizasiya xərcləri 3 % azalaraq 96 min manat, sair əməliyyat xərcləri isə 0,1 % artaraq 771 min manat olub.