Banner

Rəsmi Tehranın Zəngəzur qorxusu: İran hesab edir ki, dəhliz açılsa...

Xəbərlər 6 Dekabr 2023 16:05 Oxunub 892
Rəsmi Tehranın Zəngəzur qorxusu:  İran hesab edir ki, dəhliz açılsa...
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Zəngəzur dəhlizi heç zaman gündəmdən düşməməlidir. İran Qarabağ məsələsinin həllinə olduğu kimi indi də dəhliz məsələsinə süni əngəllər yaradır".

Bu barədə bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Turan İrfan deyib.

Ekspert bildirib ki, Zəngəzur dəhlizi gündəmdə olmaqla digər alternativ təkliflər də nəzərdən keçirilə bilər: "Zəngəzur dəhlizi məsələsi həm Azərbaycan üçün, həm region ölkələri üçün faydalıdır. İranın Qarabağ məsələsində Ermənistanı müdafiə etməsi və dəstək verməsi ondan ötrü idi ki, münaqişə davam etsin, Azərbaycan güclənməsin və əsasən türk dövlətləri ilə Türkiyə arasında körpü rolunu oynamasın. 44 günlük savaş zamanı İranın Zəngilanda əsgərlərimizin qarşısını kəsməsi təsadüfi deyildi. İran Azərbaycanla Türkiyəni birləşdirəcək coğrafiyanı öz nəzarətində saxlamaq istəyir ki, coğrafi, iqtisadi birləşmə olmasın”.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün yox, Rusiya, Türkiyə və digər ölkələr üçün də maraq kəsb edir. T.İrfan qeyd edib ki, İranın təklif etdiyi Araz dəhlizi Zəngəzur dəhlizini əvəz edə bilməz və ümumi maraqlara tam cavab vermir: “Ələlxüsus, Zəngəzur torpağı Azərbaycanın qədim torpaqlarından bir hissədir. İran hesab edir ki, dəhliz açılsa, Azərbaycan daha da güclənəcək və getdikcə İrandakı soydaşlarımızın da məsələsi ilə ciddi məşğul olacaq".

Müsahibimiz vurğulayıb ki, Azərbaycan qonşu ölkələrin haqlarına və ərazi bütövlüyünə hər zaman həssaslıqla yanaşıb: "İranın ehtimalları yanlışdır və qısqanclıqdan, aqressiyadan doğur. Azərbaycan hər zaman İranla dostluq, normal qonşuluq münasibətlərinin inkişafında maraqlı olub. Bakı əlaqələrin müsbət istiqamətdə irəliləməsini istəyib. Amma İranın Azərbaycanın daxili işlərinə qarışması, agent şəbəkəsi yetişdirməsi, din pərdəsi altında siyasi maraqlarını zorla yeritməyə çalışması, terror vasitəsi və hədəsi ilə Azərbaycana təzyiq etməsi ilə heç zaman barışa bilmərik. Heç kəs bizimlə zor və hədə dili ilə danışa bilməz”.

Turan İrfan: Gec-tez Zəngəzur dəhlizi açılacaq, sadəcə onun da öz vaxtı var

“Dəhliz məsələsi də Azərbaycanın tam haqqıdır” deyən ekspert hesab edir ki, bu məsələ hər zaman gündəmdə olmalı, münbit vəziyyət yaranan kimi açılmalıdır: “Ermənistanın özü də bu məsələdə maraqlıdır. Əgər İrəvan Qərbə üz tutursa, İranın diqtəsi ilə bu dəhlizdən imtina etməməlidir. Gec-tez Zəngəzur dəhlizi açılacaq, sadəcə onun da öz vaxtı var. Necə ki, Xankəndi, Xocalı haqqında da bəziləri naümid olmuşdu, lakin öz zamanı yetişdi və tam həll olundu".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh