Banner

Restoran tikintisi üçün hasarlanan parkdan yeni xəbər - VİDEO

Xəbərlər 14 Noyabr 2023 14:29
Restoran tikintisi üçün hasarlanan parkdan yeni xəbər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ötən bayram günlərində qanunsuz hasara alınan parkdan yeni xəbər var.

Avtosfer.az xəbər verir ki, artıq həmin hasarları söküblüb.
Söhbət Nizami rayonu, Elşən Süleymanov küçəsi 72 A ünvanında yerləşən yaşıllıq ərazidən gedir. Bu ərazi istifadədə olan parkdır, amma onu restoran tikintisi üçün zəbt etmək istəyirdilər. 
Qeyd edək ki, ətrafda Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, 1 nömrəli Uşaq Evi, 220 nömrəli məktəb-lisey yerləşir və istər həssas qrupdan olan şəxslər, istərsə də başqalarının sağlam həyatı üçün vacib olan yaşıllıq tədricən qurudulur, park sıradan çıxarılırmış. 
Sakinlər sözügedən tikintinin qarşısının alınmasına görə aidiyyəti qurumlara təşəkkür edir, parkın bərpası üçün səy göstərəcəklərini bildirirlər. Xatırladaq ki, məsələ ilə bağlı ilk olaraq IDEA İctimai Birliyinə müraciət olunub.

Leyla

Oxunub 822
ŞƏRH YAZ
Ad

E-mail

Şərh