RİNN-də ABŞ nümayəndələri ilə görüş keçirilib - FOTOLAR

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov ABŞ-nin Oreync vilayətinin “Lincoln” klubunun beynəlxalq əməkdaşlıq üzrə nümayəndəsi Benni Mor ilə görüş keçirib.
Avtosfer.az xəbər verir ki, “Lincoln” klubu Kaliforniyanın ən böyük biznes klublarından biridir və onun missiyası biznes nümayəndələri üçün şəbəkələşmə, öyrənmə və imkanlara çıxış mühiti yaratmaqdır.
Görüşdə Azərbaycan ilə ABŞ arasında yüksək texnologiyalar, nəqliyyat və logistika sahələrində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Bildirilib ki, ölkəmiz bu sahələrdə ABŞ ilə tərəfdaşlığa böyük önəm verir.
Samir Məmmədov Azərbaycanın rəqəmsal inkişaf istiqamətində əldə etdiyi nailiyyətləri diqqətə çatdırıb. Qeyd olunub ki, genişzolaqlı internetə tam çıxışın təmin olunması, “TİER III” səviyyəli data mərkəzləri, SİMA yeni nəsil rəqəmsal imza həlli və “MyGov” platforması Azərbaycanı “çox yüksək” elektron hökumət reytinqi olan ölkələr sırasına çıxarıb.
ABŞ-nin aparıcı İT şirkətlərindən olan “Epam” ilə birgə “MyGov Business” adlı yeni platforma üzərində əməkdaşlığa start verildiyi, bu platformanın dövlət-biznes münasibətlərində vahid pəncərə funksiyası daşıyacağı bildirilib.
Görüşdə “Lincoln” klubuna üzv şirkətlərlə B2B və B2G formatlarda uzunmüddətli əməkdaşlığın təşviqi, şirkətlərin Azərbaycanda nümayəndəliklərinin açılması, insan kapitalının inkişaf etdirilməsi, birgə investisiya qoyuluşu və müştərək vençur fondların yaradılması imkanlarına dair geniş fikir mübadiləsi aparılıb.
Fuad Nəcəfli istintaqa cəlb edildi
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM: Bir neçə quruma göstəriş verildi
Bakıda limuzinlər üçün parklanma problemi: Ödəniş necə hesablanmalıdır? - FOTO
Prezident fərman imzaladı: Bu qurumlar birləşdirilir – TAM SİYAHI
Hikmət Hacıyev: Vardanyanla bağlı məhkəmə qərarı 30 illik münaqişənin məntiqi yekunudur
Restoranlar müştərilərin telefonlarının şarj edilməsinə görə ödəniş istəyir? - VİDEO
Aeroport yolunda yeni nəzarət sistemi qurulur - Hərəkət məhdudlaşdırılacaq - VİDEO
Naxçıvandan TRIPP marşrutuna qoşulacaq dəmir yollarında görülən işlərin SON GÖRÜNTÜLƏRİ - VİDEO
"İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimədən XƏBƏR VAR
İki icra başçısı cəzalandırıldı; birinə töhmət, birinə xəbərdarlıq
General-leytenant komandan da vəzifəsindən gedir











