RİNN-də İsrail səfiri ilə görüş keçirildi - FOTO
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ronen Krauszla görüşüb.
Avtosfer.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın ötən il noyabrın 20-də keçirilən 4-cü iclası çərçivəsində müzakirə edilən məsələlər üzrə görülən və planlaşdırılan işlərə dair fikir mübadiləsi aparılıb.
İsrailin “Technion” İnstitutu ilə birgə yaradılan Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin, eləcə də ötən ilin dekabr ayında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan Kosmik Agentliyi və İsrail Aerokosmik Sənayesi Korporasiyasının (IAI) əməkdaşlığı ilə ölkəmizdə təsis edilən “Vistar” Mükəmməllik Mərkəzinin fəaliyyəti barədə məlumat verilib.
Görüşdə Azərbaycanla İsrail arasında tərəfdaşlığın gündəliyindəki prioritet istiqamətlər, o cümlədən şəhər mobilliyi, nəqliyyatın rəqəmsallaşdırılması, süni intellekt, innovativ sahibkarlıq və startaplara dəstək mexanizmləri, kibertəhlükəsizlik, rəqəmsal bilik və bacarıqlara malik insan kapitalının inkişafı üzrə fəaliyyətin perspektivləri müzakirə edilib.
İlham Əliyev müraciət ünvanladı
Onlar Bakıya buraxılmayacaq - QƏRAR
Yollarda görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq
Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək? - VİDEO
Poti-Bakı ekspres blok-qatarı yola salındı - FOTOLAR
Kamran Əliyev Abşeronun prokurorunu işdən çıxardı - FOTO
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI











