RİNN-də “Konstitusiya və Suverenlik ili”nə həsr olunan tədbir keçirilib - FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyi münasibətilə tədbir keçirilib.
Avtosfer.az xəbər verir ki, əvvəlcə Konstitusiyanın qəbulundan suverenliyin bərpasınadək keçilən yolu əks etdirən videoçarx nümayiş olunub.
XQ xəbər verir ki, tədbirdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov, Aparat rəhbərinin müavini Bəxtiyar Məmmədov, Layihələrin idarə edilməsi şöbəsinin müdiri Esmira Səmədova dövlətçilik tariximizdə mühüm hadisə olan Konstitusiyanın qəbulu barədə danışıblar. Bildirilib ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiya sənədi Azərbaycanın dünyəvi, demokratik və hüquqi dövlət kimi inkişafı üçün möhkəm hüquqi baza yaratdı. Qanunun aliliyini, insan hüquq və azadlıqlarını, sosial ədalət və vətəndaş məsuliyyətini təsbit etdi.
Konstitusiyada dövlət müstəqilliyinin, suverenliyin və ərazi bütövlüyünün qorunması əsas məqsəd kimi göstərilib. Təəssüf ki, uzun illər torpaqlarımız Ermənistanın işğalı altında qaldı və Konstitusiyamızın qüvvəsi həmin ərazilərdə tətbiq oluna bilmədi. Amma Azərbaycan dövləti və xalqı bu vəziyyətlə heç vaxt barışmadı. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə qazandıq. 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror əməliyyatı ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu.
2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması dövlət müstəqilliyimizin hüquqi və mənəvi dayaqlarına verilən böyük önəmin göstəricisidir. Bu gün Konstitusiyanın prinsipləri dövlət siyasətimizin hər sahəsində, o cümlədən rəqəmsal transformasiya prosesində öz əksini tapır. Azərbaycan rəqəmsal inkişaf və innovasiyalar sahəsində böyük addımlar atır və regionda lider ölkə olmağı hədəfləyir.
Fuad Nəcəfli istintaqa cəlb edildi
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM: Bir neçə quruma göstəriş verildi
Bakıda limuzinlər üçün parklanma problemi: Ödəniş necə hesablanmalıdır? - FOTO
Prezident fərman imzaladı: Bu qurumlar birləşdirilir – TAM SİYAHI
Hikmət Hacıyev: Vardanyanla bağlı məhkəmə qərarı 30 illik münaqişənin məntiqi yekunudur
Restoranlar müştərilərin telefonlarının şarj edilməsinə görə ödəniş istəyir? - VİDEO
Aeroport yolunda yeni nəzarət sistemi qurulur - Hərəkət məhdudlaşdırılacaq - VİDEO
Naxçıvandan TRIPP marşrutuna qoşulacaq dəmir yollarında görülən işlərin SON GÖRÜNTÜLƏRİ - VİDEO
"İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimədən XƏBƏR VAR
İki icra başçısı cəzalandırıldı; birinə töhmət, birinə xəbərdarlıq
General-leytenant komandan da vəzifəsindən gedir











