RİNN nümayəndələri ICAO rəsmiləri ilə bir arada

Parisdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Baş katibi Xuan Karlos Salazar və ICAO-nun Avropa və Şimali Atlantika Bürosunun regional direktoru Nikolas Rallo arasında görüş keçirilib.
Avtosfer.az xəbər verir ki, görüşdə 2024-cü il 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinin “Embraer 190” tipli təyyarəsinin qəzaya uğraması ilə bağlı aparılan araşdırmaların gedişatı müzakirə olunub. Həmçinin aviasiya təhlükəsizliyi, uçuşların təhlükəsizliyi, aviasiya mütəxəssislərinin hazırlanması, onların bilik və bacarıqlarının artırılması, o cümlədən ölkəmizdə sahə üzrə tənzimləyici qurumun fəaliyyətinin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər və ikitərəfli əməkdaşlığın inkişafı məqsədi ilə nəzərdə tutulan planlar barədə fikir mübadiləsi aparılıb.
Aviasiya qəzalarının araşdırılmasının prioritet olduğunu qeyd edən ICAO nümayəndələri bu sahədə Azərbaycanın müvafiq dəstəyinin zəruriliyini bildiriblər. Tərəflər mülki aviasiya uçuşlarının bütün təhlükəsizlik standartlarına uyğun həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
Görüşdə aviasiya və uçuşların təhlükəsizliyi istiqamətləri üzrə tənzimləmənin təkmilləşdirilməsi, habelə effektiv dövlət nəzarətinin həyata keçirilməsini dəstəkləmək və ICAO-nun standartlarına tam uyğunluğunu təmin etmək məqsədilə təlim proqramlarının həyata keçirilməsinin vacibliyi bildirilib. Bundan əlavə, müxtəlif sahələr üzrə ICAO tərəfindən texniki yardım proqramları çərçivəsində təyin olunan ekspertlərin iştirakı ilə potensialın gücləndirilməsi sahəsində tərəfdaşlığa xüsusi diqqət yetirilməsi barəsində razılığa gəlinib. ICAO-nun Bacarıqların İnkişafı və İcra Bürosu (CDI) vasitəsilə ikitərəfli əməkdaşlığın davam etdirilməsi qərara alınıb.
Tərəflər ICAO ilə Dövlət Mülki Aviasiya Agentliyi və Azərbaycan Respublikasının operatorları arasında müxtəlif istiqamətlərdə əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər. Azərbaycan tərəfi uçuş təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahələrində beynəlxalq standartların qlobal miqyasda tətbiqində ICAO ilə birgə fəaliyyətin dəstəklənməsinə sadiqliyini bir daha təsdiqləyib.
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










