Ruhi Əliyeva “Vətənpərvərlik işində xidmətlərinə görə” təltif olundu - VİDEO - FOTOLAR

Xəbərlər 7 Mart 2022 13:21 Oxunub 1960
Ruhi Əliyeva “Vətənpərvərlik işində xidmətlərinə görə” təltif olundu - VİDEO - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Liatris Holding”in rəhbəri, tanınmış iş xanımı Ruhi Əliyeva növbəti dəfə mükafatlandırılıb. Avtosfer.az-ın məlumatına görə, iş xanımının bu dəfə də 44 günlük Vətən Müharibəsində və müharibədən sonrakı dönəmlərdə şəhid və qazi ailələrinə göstərdiyi qayğı, diqqət, orduya verdiyi dəstək nümunələri nəzərə alınıb.

Ruhi Əliyeva Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən “Vətənpərvərlik işində xidmətlərinə görə” medalı ilə təltif olunub.

“Liatris Holding”in rəhbəri, iş xanımı Ruhi Əliyeva saytımıza açıqlamasında təəssüratlarını bölüşüb: “Şəhid və qazi ailələri bizim baş tacımızdır. Onların yanında olmaq, dəstək nümayiş etdirmək, diqqətdə saxlamaq hər birimizin borcudur. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinə bu işdə dəstək nümayiş etdirən şəxslərə diqqət ayırdıqlarına və fəaliyyətimə verdiklərə dəyərə görə təşəkkür edirəm”. 




ŞƏRH YAZ
Ad

E-mail

Şərh