Banner

Rusiya hərbçiləri Ukraynada səhvən öz bombardmançı təyyarələrini vurublar - FOTO - VİDEO

Xəbərlər 18 İyul 2022 16:58 Oxunub 1180
Rusiya hərbçiləri Ukraynada səhvən öz bombardmançı təyyarələrini vurublar  - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rusiya hərbçiləri gecə saatlarında Ukrayna ərazisində yerləşən, hazırda RF hərbçilərinin nəzarəti altında olan Luqansk vilayətinin Alçevsk şəhərinin səmasında özlərinin “Su-34” qırıcı-bombardmançı təyyarələrini vurublar.

Dərc edilmiş foto və videolarda təyyarənin qalıqları üzərində onun nömrələri və Rusiya Aerokosmik Qüvvələrinin simvolları əks olunub.

Əvvəl Rusiyanın sosial şəbəkə seqmentində vurulan qırıcının Ukrayna ordusuna məxsus olduğu iddiası ilə fotoları paylaşılıb.  

Lakin qısa müddət ərzində diqqətli sosial şəbəkə istifadəçiləri təyyarənin Rusiya ordusuna məxsus olduğunu yazaraq, şərhlərdə digərlərindən videonu dərhal silməyi istəyiblər.

oxu.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh