Rusiya "Orlan-10" zərbə PUA-sından ilk dəfə istifadə etdi - VİDEO
Xəbərlər
17 May 2022 17:14
Oxunub 1726

Rusiya hərbçiləri Ukraynadakı hərbi əməliyyatlarda ilk dəfə "Orlan-10" Pilotsuz Uçuş Aparatlarının zərbə variantında istifadə ediblər. AzVision.az xəbər verir ki, bununla bağlı videonu Rusiya Müdafiə Nazirliyi yayıb. Qeyd edək əvvəllər bu dronun köməyi ilə hava kəşfiyyatı aparılırdı. Bu zaman hədəflərin koordinatları topçulara ötürülürdü. Bu PUA-nın zərbə versiyasına hər birinin məhvetmə radiusu on metr olan dörd qəlpə-fuqas bombası əlavə olunub.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













