Banner

Rusiya paytaxtına dronlarla hücum olub - VİDEO

Xəbərlər 9 Avqust 2023 10:18 Oxunub 676
Rusiya paytaxtına dronlarla hücum olub - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rusiyanın paytaxtı Moskvaya dronlarla hücum olub.

Bu barədə məlumatı özünün “Telegram” kanalında Moskvanın meri Sergey Sobyanin paylaşıb.

“İki pilotsuz uçuş aparatı şəhər üzərində uçmağa cəhd göstərib. Hər iki dron hücumu Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulub. Biri Domodedovo bölgəsində, digəri Minsk şosesi tərəfdə. Hələ ki dağıntılar və zərərçəkənlər barədə məlumat yoxdur”, - Moskvanın meri bildirib.

Eyni zamanda, Rusiyanın “Telegram” kanallarında Minsk şosesi tərəfdə Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən dron aparatının zərərsizləşdirildiyi anın görüntüləri yayımlanıb.

oxu.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh