Rusiya XİN: Qərb Ermənistana saxta hərbi texnikaları sırıyır

“Qərb aldatmağı bacarır. İstəməzdik ki, erməni xalqını qərbli dostları yenə aldatsınlar”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Ermənistanın Qərblə hərbi-texniki sahədə əməkdaşlığına, Fransanın İrəvana “Bastion” zirehli texnikası tədarük etməsinə münasibət bildirərkən deyib.
Zaxarova artıq bu haqda danışdıqlarını xatırladıb və əlavə edib ki, Fransanın Ermənistana verdiyi “Bastion”lar qeyri-likvid hərbi texnikadır: “Bu məlumdur. Xüsusi hərbi əməliyyat kontekstində bu məlum olub. Mən bunu 22 noyabr tarixli brifinqimdə demişdim. Əgər Ermənistanda indiki hakimiyyətə bağlı olan KİV-lər bu məlumatı təhrif etməsəydilər, anti-jurnalistika fəaliyyəti ilə məşğul olmasaydılar, öz ölkələrinin xalqına sitatlarla və birbaşa nitqlə tanış olmağa imkan versəydilər, yəqin ki, Qərb ölkələri tərəfindən erməni xalqına saxta texnikaların sırındığı anlaşılardı. Nəyə görə saxta? Ona görə ki, müxtəlif ölkələrin istehsalı olan bu qarmaqarışıq hərbi texnika heç vaxt müdafiə qabiliyyətini artırmağa kömək etməyib”. (apa)
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI
Dörd ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı - FOTO
“İnanın mənə, bu, xoş hissdir” - Prezident sülhdən danışdı
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO











