Banner

Rusiya XİN rəhbəri: “Bizə Ermənistanın Laçın yolu ilə mina daşımasına dair məlumatlar verilib”

Xəbərlər 18 Yanvar 2023 15:47
Rusiya XİN rəhbəri:  “Bizə Ermənistanın Laçın yolu ilə mina daşımasına dair məlumatlar verilib”
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Rəsmi Moskvaya Ermənistan tərəfinin Laçın yolu ilə mina daşımasına dair məlumatlar verilib və bu məlumatlar hazırda araşdırılır”.

Avtosfer.az xəbər verir ki, bunu xarici işlər naziri Sergey Lavrov Rusiya diplomatiyasının 2022-ci ildəki fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib.

Rusiya XİN rəhbəri vurğulayıb, üçtərəfli bəyanatlara əsasən, Laçın yolu hər iki istiqamətdə nəqliyyat vasitələrinin keçidi üçün sərbəst olmalıdır:

“Təbii ki, orada ayrıca qeyd olunub ki, bu marşrutla heç bir hərbi yük göndərilməməlidir. Azərbaycanlılar məlumat veriblər ki, Ermənistan tərəfi bu yol vasitəsilə minalar daşıyıb və daha sonra onlardan üçtərəfli bəyanatlara zidd olaraq Azərbaycan mövqelərinə yaxın ərazilərin minalanması üçün istifadə edilib. Hazırda hərbçilərimiz bu məlumatları araşdırırlar”.

Report

Oxunub 692
ŞƏRH YAZ
Ad

E-mail

Şərh