Rusiyada 13 aeroportun fəaliyyəti dayandırıldı - YENİLƏNİB

Xəbərlər 8 May 2026 14:23
Rusiyada 13 aeroportun fəaliyyəti dayandırıldı   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Rusiyanın cənub bölgələrinin hava limanları "Cənubi Rusiyanın Aeronaviqasiyası" filialının inzibati binasına PUA hücumu ilə əlaqədar fəaliyyətlərini dayandırıblar və mayın 12-dək bağlı qalacaq.

Avtosfer.az xəbər verir ki, bu barədə "Rosaviasiya"dan məlumat verilib.

Qeyd olunub ki, müvafiq qərar daha erkən ləğv edilə bilər. Rusiya Nəqliyyat Nazirliyinin məlumatına görə, Həştərxan, Vladiqafqaz, Volqoqrad, Gelencik, Qroznı, Krasnodar, Mahaçqala, Maqas, Mineralnıye Vodı, Nalçik, Soçi, Stavropol və Elista hava limanlarının fəaliyyəti dayandırılıb.

***

Ukrayna ordusu Rusiyanın Rostov bölgəsində "Cənubi Rusiyanın Aeronaviqasiyası" filialının inzibati binasına PUA zərbələri endirib.

Avtosfer.az xəbər verir ki, bu barədə Rusiyanın Nəqliyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində Rusiyanın cənubunda 13 hava limanının fəaliyyəti dayandırılıb.

"Həştərxan, Vladiqafqaz, Volqoqrad, Gelencik, Qroznı, Krasnodar, Mahaçqala, Maqas, Mineralnıye Vodı, Nalçik, Soçi, Stavropol və Elista hava limanlarının fəaliyyəti dayandırılıb", - deyə nazirlikdən bildirilib.

Xəbərdə bildirilir ki, "Cənubi Rusiyanın Aeronaviqasiyası" filialının heyəti təhlükəsizlikdədir, avadanlığın işləmə qabiliyyətinin təhlili aparılır.

Daha əvvəl Rostov vilayətinin qubernatoru Yuri Slyusar gecə saatlarında bölgənin PUA-lar və raketlərlə hücuma məruz qaldığını bildirmişdi.

Oxunub : 150
ŞƏRH YAZ
Ad

E-mail

Şərh