Rusiyada azərbaycanlı avtoriteti öldürən şəxs cinayəti etiraf edib - VİDEO
Xəbərlər 14 Aprel 2021 14:30 Oxunub 370
Rusiyada azərbaycanlı avtoriteti öldürən şəxs cinayəti etiraf edib  - VİDEO

Moskva şəhərində azərbaycanlı avtoritet Əli Heydərovu odlu silahdan qətlə yetirən Mətləb Sultanov bu əməli törətdiyini etiraf edib.

Avtosfer.az TASS-a istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin verdiyi məlumata görə, o, aralarındakı şəxsi ədavət yarandığı üçün Ə.Heydərovu öldürdüyünü bildirib.

Qeyd edək ki, aprelin 12-də Rusiya paytaxtındakı fitnes klublarının birində baş vermiş hadisə ilə bağlı adam öldürmək və qanunsuz silah dövriyyəsi maddələrilə cinayət işi başlanmışdı.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh