Rusiyada DİN-in sanatoriyasına dron düşdü
Xəbərlər
16 May 2023 13:49
Oxunub 618

Rusiyanın Smolensk vilayətində Daxili İşlər Nazirliyinin sanatoriyasının ərazisinə iki kamerası olan dron düşüb.
Avtosfer.az xəbər verir ki, bu barədə “Shot” Telegram kanalı məlumat yayıb.
Telegram kanalının məlumatına görə, dron tibb bacısı tərəfindən aşkar edilib. Qadın dərhal polisə müraciət edib.
“PUA-ya baxış keçirilib, heç bir partlayıcı qurğu aşkar etməyib. Texnika qara polimer korpusdan hazırlanıb, içərisində iki kamera, batareya və antena var. Yaddaş kartı yoxdur", - açıqlamada deyilir.
Publika.az
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













