Rusiyada iki azərbaycanlıya 32 il HƏBS CƏZASI VERİLDİ
Xəbərlər
21 Oktyabr 2021 12:06
Oxunub 594

Rusiyanın Sankt-Peterburq şəhər məhkəməsi Azərbaycan vətəndaşları Nicat Abbasov və Qoşqar Hüseynov barəsində hökm çıxarıb.
Avtosfer.az-ın yerli KİV-ə istinadən məlumatına görə, onlar quldurluq, mütəşəkkil cinayətkar dəstə təşkil etməkdə və qanunsuz silah saxlamaqda ittiham olunurlar.
Məlumata görə, 2012-2013-cü illərdə onlar Sankt-Peterburqun bir neçə zərgərlik mağazasına basqın edərək, oranı qarət ediblər. Onların həmin şəhərin bir neçə lombardına basqını da məhkəmədə sübut olunub.
Nəticədə Abbasov 14 il, Hüseynov 17 il müddətinə azadlıqdan məhrum edilib.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













