Banner

Rusiyada Moskva metropolitenində “Kalmar oyunu” - VİDEO

Xəbərlər 18 Noyabr 2021 19:15 Oxunub 772
Rusiyada Moskva metropolitenində “Kalmar oyunu” - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rusiya paytaxtında “Şosse  Entuziastov” metro stansiyasını daşqına məruz qalıb. Su basqınına qəfil yaxalanan sərnişinlər isə stansiyadan çıxmaq üçün “Kalmar oyunu” oynamaq məcburiyyətində qalıb.

Bununla bağlı sosial şəbəkələrdə kadrlar paylaşılıb. Videodan görünür ki, daşqına məruz qalan stansiyada sərnişinlərin keçə bilməsi üçün yerə əl altında olan əşyalar – lövhələr, köhnə oturacaqlar və başqa əşyalar döşənib. İnsanların onun üzərində hərəkəti isə Koreya istehsalı olan məşhur serialın səhnələrini xatırladıb.

““Rusiyanın “Kalmar oyunu””, “Bu serialda oyunçuların şüşə lövhələri keçməli olduğu səhnədir. Burda da lövhələri tapdalamaq və yıxılıb-yıxılmayacağını təxmin etmək lazımdır”, - deyə istifadəçilər paylaşılan görüntüyə münasibət bildiriblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh