Rusiyada qar uçqunu altından bir ailənin 4 üzvü xilas edilib - FOTO - VİDEO

Rusiyanın Norilsk şəhərində yerləşən "Qorı Otdelnaya” dağ xizəkçilik kompleksində qar uçqunu altında qalanlardan 4 nəfəri xilas edilib.
Avtosfer.az TASS-a istinadən xəbər verir ki, bu barədə Federal Təcili Yardım Xidmətinin məlumatında bildirilib.
Qeyd edilib ki, xilas edilənlər bir ailənin üzvləridir. Daha iki nəfər isə özləri uçqunun altından çıxmağı bacarıb.
Hava şəraiti əlverişsiz olsa da, axtarışlar davam etdirilir.
08:55
Rusiyanın Norilsk şəhərində yerləşən "Qorı Otdelnaya” dağ xizəkçilik kompleksində Moskva vaxtı ilə təxminən 20:30-da qar uçqunu baş verib.
Avtosfer.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, kompleksin ərazisində içərisində insanların olduğu beş ev qar uçqunun altında qalıb.
Sibir Regional axtarış və xilasetmə dəstəsinin qüvvələri əraziyə 50 canlı qüvvə və 3 texnika göndərib. Hazırda uçqun altında qalan insanların sayı dəqiqləşdirilir.
FHN-in Krasnoyarsk Regional Bölgəsinin mətbuat xidmətinin rəhbəri Alena Aliksişina ilkin məlumat kimi qeyd edib ki, evlərdən birində insanların olması ehtimal edilir.




Prezidentdən yeni təyinatlar - SƏRƏNCAM
Metronun xətlərinin ayrılması layihəsində son vəziyyət AÇIQLANDI
Prezident təsdiqlədi: bu, daha 1 il təxirə salındı
Prezidentdən 1,6 milyon manatlıq SƏRƏNCAM
Sürücülərin nəzərinə! - Görünüş məsafəsi məhdudlaşacaq
Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ
"AzParking”dən qeyri-qanuni parklanma halları ilə bağlı sürücülərə xəbərdarlıq
Polis Bakıda əməliyyat keçirdi - İşin içində İran vətəndaşı da var - VİDEO
Naxçıvan sakinlərinə ŞAD XƏBƏR - Sərəncam imzalandı
Elşad Abdullayevin onmilyonlarla manatlıq əmlakları MÜSADİRƏ EDİLDİ - SİYAHI








