Rusiyada qatar qəzası: 17 yük vaqonu relsdən çıxdı - VİDEO - FOTO

Xəbərlər 16 Mart 2021 12:54 Oxunub 1044
Rusiyada qatar qəzası: 17 yük vaqonu relsdən çıxdı  - VİDEO - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rusiyanın Çelyabinsk vilayətində kömürlə yüklənmiş 17 vaqon relsdən çıxıb. Hadisə yerli vaxtla 05:20-də (Bakı vaxtı ilə 04:20) Sırostan-Xrebet ərazisində baş verib.

Bu barədə “İzvestiya” xəbər yayıb.

Qəzada zərərçəkənin olmadığı bildirilir. Ancaq dəmiryoluna zərər dəyib. Ərazidə qatarların hərəkəti dayandırılıb.

Hadisə ilə bağlı cinayət işi açılıb.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh