Banner

Rusiyada qəfil başlayan qasırğa turistləri xəstəxanalıq etdi - VİDEO

Xəbərlər 16 İyul 2023 11:40 Oxunub 864
Rusiyada qəfil başlayan qasırğa turistləri xəstəxanalıq etdi   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rusiyanın Altay diyarında qəflətən başlayan qasırğa turistlərin yaralanması ilə nəticələnib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Kadrlar Bolşoye Yarovoye gölünün yaxınlığında qeydə alınıb.

Görüntülərdə kurortda birdən-birə başlayan küləyin saniyələr içində güclənməsi və çadırları uçurması görünür. Bir anda ətrafda hər şey bir-birinə qarışır.

Məlumata görə, hadisə nəticəsində iki nəfər xəsarət alıb: Bir yeniyetmənin qolu sınıb, daha bir turist isə kəllə-beyin travması alıb. Hər iki zərərçəkənə tibbi yardım göstərilib.(oxu.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh