Rusiyada sahibindən qaçan ayı şəhəri bir-birinə qatdı - VİDEO

Xəbərlər 17 Mart 2021 12:37 Oxunub 1790
Rusiyada sahibindən qaçan ayı şəhəri bir-birinə qatdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rusiyanın Nijnevartovsk şəhərində ayı bütün şəhəri bir-birinə qatıb. Bununla bağlı kadrları “BAZA” “Telegram” kanalı yayıb. Təfərrüat öyrəniləndə isə məlum olub ki, heyvan vəhşi deyil, əhliləşdirilmişdi. İlkin məlumatlara görə, heyvan yerli hotellərin birində saxlanılırmış və oradan qaçıb.

Bir saata yaxın şəhəri bir-birinə qatan hürkmüş ayı avtobus vurandan sonra sakitləşib. Bu dəfə də o, boruların arasına girərək heç kimi yaxınına buraxmayıb.

Heyvanın sahibi Ənvər Ağayev isə onun güllə ilə yatızdırılmasına icazə verib. Bundan sonra ayı qısa müddət ərzində zərərsizləşdirilib. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh