Rusiyadan KƏSKİN QƏRAR - Azərbaycana keçən TIR-ların yolu dəyişdirildi

Azərbaycan-Rusiya sərhədində Samur gömrük-keçid məntəqəsinin qarşısında yük maşınlarının sayı 3000-dən hazırda 1200-ə enib. Avtosfer.az-ın məlumatına görə, Rusiya Nəqliyyat Nazirliyi sıxlığı aradan qaldırmaq üçün yük avtomaşınlarının hərəkət sxeminin dəyişdirilməsi barədə qərar verib.
Rusiyadan Azərbaycana qayıdan yük avtomobillərinə qonşu Tahirkənd Qazmalar keçid məntəqəsindən hərəkət etmələri tövsiyə olunub.
Artıq 3 gündür yük maşınları ölkəmizə Tahirkənd Qazmalar məntəqəsindən keçməklə Azərbaycanın Xanoba keçid məntəqəsindən geri qayıdırlar. Bu qərar noyabrın 17-dək davam edəcək.
Qeyd edək ki, Samur kömrük-keçid məntəqəsində yük avtomobillərinin böyük növbəsi Rusiyanın Dağıstan Respublikasının Yaraq Qazmalar keçid məntəqəsində avtomaşınların çox ciddi yoxlanılması səbəbindən yaşanıb və Azərbaycan tərəfdə qonşu ölkəyə keçiddə heç bir problem yoxdur.
Bizim.media
Onlar Bakıya buraxılmayacaq - QƏRAR
Yollarda görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq
Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək? - VİDEO
Poti-Bakı ekspres blok-qatarı yola salındı - FOTOLAR
Kamran Əliyev Abşeronun prokurorunu işdən çıxardı - FOTO
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI
Bakının bir küçəsi bu gündən tam bağlanır - SƏBƏB - FOTO











