Rusiyalı idmançı çempionluq titulundan məhrum edildi - VİDEO

Xəbərlər 7 Mart 2021 12:00 Oxunub 918
Rusiyalı idmançı çempionluq titulundan məhrum edildi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rusiyalı MMA döyüşçüsü Pyotr Yan yüngül çəki dərəcəsində UFC çemopionluğu titulundan məhrum edilib.

Buna səbəb idmançının amerikalı Alcameyn Sterlinqlə döyüşdə rəqibinə qarşı qadağan edilmiş zərbədən istifadə etməsi olub.
ABŞ-ın Las-Veqas şəhərində UFC 259 turniri çərçivəsində baş tutmuş döyüşün 4-cü raundunda rusiyalı döyüşçü dizi ilə rəqibin başına qadağan edilmiş zərbə vurduğu üçün diskvalifikasiya edilib və qələbə Sterlinqə verilib.

Qeyd edək ki, 2018-ci ildən peşəkar döyüşlərdə iştirak edən Pyotr Yan ötən ilin iyulunda çempionluq kəmərinə sahib olmuşdu. O, ümumilikdə 16 döyüş keçirib və bunların 14-də qələbə qazanıb./oxu.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh